"Sumqayıt"ın futbolçusu klubdan ayrılmasına münasibət bildirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
18:00

"Sumqayıt"ın futbolçusu klubdan ayrılmasına münasibət bildirib

03 in, 2025
18:00
936

"Sumqayıt"ın futbolçusu klubdan ayrılmasına münasibət bildirib

Azərbaycanlı futbolçu Rövlan Muradov "Sumqayıt"la yollarını ayırması ilə bağlı fikirlərini bölüşüb.

"Sizinxeber.az"un məlumatına görə, 27 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, bu komandada keçirdiyi iki mövsümün karyerasında yaddaqalan olduğunu bildirib:

"Sumqayıt ailəsindən hər kəsə salamlar. Vidalaşmaq vaxtıdır. Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram".

Qeyd edək ki, "Sumqayıt" Rövlan Muradovla yanaşı Miloş Miloviç, Momo Yansane ilə də vidalaşdığını açıqlayıb.

Bizimlə əlaqə saxlayın