AFFA Yüksək Qızlar Liqasında 2024/2025 mövsümünün qalibləri mükafatlandırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
in
2025
18:00

AFFA Yüksək Qızlar Liqasında 2024/2025 mövsümünün qalibləri mükafatlandırılıb

02 in, 2025
18:00
942

AFFA Yüksək Qızlar Liqasında 2024/2025 mövsümünün qalibləri mükafatlandırılıb

AFFA Yüksək Qızlar Liqasında 2024/2025-ci illər mövsümünün qalibləri mükafatlandırılıb.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Mövsümün son oyununda “Neftçi” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib. Beləliklə, “Neftçi” çempionatda birinci, Zaqatala təmsilçisi “Dirçəliş” ikinci, “Sumqayıt” isə üçüncü yeri tutub.

Matçdan sonra Neftçi Futbol Mərkəzində mükafatlandırma mərasimi keçirilib. “Dirçəliş” və “Sumqayıt” müvafiq olaraq gümüş və bürünc medallarla, “Neftçi” isə qızıl medal və kubokla təltif olunub.

Həmçinin, fərdi mükafatçılar da müəyyənləşib. “Neftçi”nin futbolçusu Coşqunə Əliyeva 31 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Paytaxt klubunun digər üzvü Ayşən Salamzadə mövsümün ən yaxşı oyunçusu, “Dirçəliş”dən

Aytac Feyzullayeva isə ən yaxşı qapıçısı seçilib.

Mükafatlandırma mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 19 yaşadək qadınlardan ibarət millinin baş məşqçisi Həbib Ağayev, 17 yaşadək qadınlardan ibarət millinin baş məşqçisi Nərgiz Qurbanova və “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer iştirak ediblər.

Bizimlə əlaqə saxlayın