Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ilk 1/4 finalçı bəlli olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
19:00

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ilk 1/4 finalçı bəlli olub

27 may, 2025
19:00
458

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ilk 1/4 finalçı bəlli olub

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına start verilib.

"Report" xəbər verir ki, bu raundda ilk olaraq İngiltərə və Bolqarıstan seçmələri üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (3:1) ingilislər növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, İngiltərə 1/4 finalda Azərbaycan - Rumıniya cütünün qalibi ilə qarşılaşacaq.

FOTO: Mircavid Eminoğlu

Bizimlə əlaqə saxlayın