
Argentina millisi Bakıdakı dünya çempionatını xalsız başa vurub

Argentina millisi Bakıdakı dünya çempionatını xalsız başa vurub
Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.
"Sizinxeber.az"un məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb - 4:1.
Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ 3 xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.
G qrupunun Çexiya - Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın 6 xalı var.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Foto: Mircavid Eminoğlu