24
may
2025
21:30

yuxarı
Monteneqro Bakıdakı dünya çempionatında Kosta Rikanı darmadağın edib

Monteneqro Bakıdakı dünya çempionatında Kosta Rikanı darmadağın edib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, E qrupunun Milli Gimnastika Arenasında baş tutan günün görüşündə Monteneqro yığması Kosta Rika millisini darmadağın edib.
Qarşılaşma avropalıların 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qrupun digər matçında, saat 20:45-də Tailand ilə İndoneziya yığmalaı üz-üzə gələcək.
Foto: Mircavid Eminoğlu