Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Bolqarıstan Hindistana qalib gəlib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
19:30

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Bolqarıstan Hindistana qalib gəlib

23 may, 2025
19:30
593

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Bolqarıstan Hindistana qalib gəlib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, Bolqarıstan və Hindistan yığmaları D qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada avroplalılar 5:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, günün əvvəlki qarşılaşmalarında Mavritaniya Bəhreyni (2:0), Çad Rumıniyanı (4:2) məğlub edib. Fransa - Özbəkistan (3:3) və İngiltərə - Macarıstan (1:1) görüşlərində qalib müəyyənləşməyib.

Foto: Samirə Həsənova

Bizimlə əlaqə saxlayın