22
may
2025
18:00

yuxarı
Bakıda keçirilən dünya çempionatında Çexiya Argentinanı məğlub edib

Bakıda keçirilən dünya çempionatında Çexiya Argentinanı məğlub edib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti görüş baş tutub.
"Report" xəbər verir ki, G qrupunun oyununda Çexiya yığması Argentinanı məğlub edib.
Milli Gimnastika Arenasında keçirilən görüş Çexiyanın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0) məğlub edib. Monteneqro - Tailand matçında heç-heçə qeydə alınıb - 1:1.
Foto: Məhəmməd Ağayev