Avropa Liqasının final oyunundan öncə azarkeşlər arasında kütləvi dava baş verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
16:00

Avropa Liqasının final oyunundan öncə azarkeşlər arasında kütləvi dava baş verib

21 may, 2025
16:00
755

Avropa Liqasının final oyunundan öncə azarkeşlər arasında kütləvi dava baş verib

İngiltərənin "Mançester Yunayted" və "Tottenhem" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə kütləvi dava baş verib.

"Sizinxeber.az" "El Diario Vasco" qəzetinə istinadən xəbər verir ki, qarşıdurma ötən gün İspaniyanın Bilbao şəhərində yaşanıb.

Münqaişə zamanı hər iki klubun azarkeş qrupları bir-birilərini təhqir ediblər. Ardınca tərəflər arasında əlbəyaxa dava düşüb və bir neçə azarkeşə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, oyun bu gün, Bakı vaxtı ilə saat 23:00-da Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.

Bizimlə əlaqə saxlayın