

“Mançester Siti”nin yarımmüdafiəçisi Fabreqasa məxsus rekordu təkrarlayıb
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Premyer Liqa matçlarında komanda yoldaşları üçün yaratdığı qol şanslarının sayına görə “Arsenal” və “Çelsi”nin sabiq futbolçusu Sesk Fabreqasın (846) rekordunu təkrarlayıb.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki bu, ölkə çempionatının XXXVII turunda Mançester təmsilçisinin “Bornmut”a 3:1 hesabı ilə qalib gəldiyi matçda reallaşıb.
Belçikalı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, Premyer Liqa oyunlarında komanda yoldaşları üçün 846 qol şansı yaradıb. Bu, statistik məlumatlar toplanandan bəri rekord göstərici sayılır. S.Fabreqas da eyni nəticəni göstərib.
Bu, həmçinin Kevin De Bruyne üçün "Mançester Siti"nin heyətində son ev matçı olub. O, mövsüm başa çatdıqdan sonra klubu tərk edəcək.
Qeyd edək ki, bu göstəricidə ilk “5-liy”ə Stiven Cerrard (828), Frenk Lempard (802) və David Silva (793) daxildir.
Oxşar xəbərlər
Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib
Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atıb
Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
"Mançester Siti"nin qapıçısı Premyer Liqada rekordu təkrarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
