Leonardo Bonuççi "Yuventus"a qayıtmaq istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2025
10:30

Leonardo Bonuççi "Yuventus"a qayıtmaq istəyir

16 may, 2025
10:30
552

Leonardo Bonuççi "Yuventus"a qayıtmaq istəyir

Leonardo Bonuççi futbolçu karyerasının xeyli hissəsini keçirdiyi İtaliyanın "Yuventus" klubuna qayıtmaq istəyir.

"Report" insayder Nikolo Şiraya istinadən xəbər verir ki, 38 yaşlı veteran futbolçu klubun akademiyasında çalışa və ya əsas komandanın məşqçilər korpusunun üzvü ola bilər.

Onun "Yuventus"la bu istiqamətdə danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, L.Bonuççi 2023-cü ildə "Yuventus"dan ayrılıb və bir il sonra futbolçu karyerasını başa vurub. O, hazırda İtaliyanın gənclərdən ibarət yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın