“Barselona” 28-ci dəfə La Liqanın çempionu olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2025
01:30

“Barselona” 28-ci dəfə La Liqanın çempionu olub

16 may, 2025
01:30
543

“Barselona” 28-ci dəfə La Liqanın çempionu olub

“Barselona” 36-cı turda “Espanyol” üzərində qələbə qazanaraq vaxtından əvvəl çempionluğunu elan edib.

“Report” xəbər verir ki, Kataloniya təmsilçisi səfər matçında 0:2 hesablı qələbə qazanıb.

Beləliklə, bu qələbə ilə Hans Flikin yetirmələri mövsümün bitməsinə iki tur qalmış əzəli rəqibi və ən yaxın təqibçisi “Real Madrid”lə xal fərqini yeddiyə çatdırıb.

Qeyd edək ki, bu, “Barselona”nın 28-ci çempionluğudur. Komanda sonuncu dəfə 2022/2023 mövsümündə birinciliyi əldə etmişdi.

Xatırladaq ki, daha əvvəl “Liverpul” vaxtından əvvəl çempionluğunu elan etmişdi.

Bizimlə əlaqə saxlayın