KİV: Premyer Liqada çıxış edən futbolçu 24 saat ərzində "Real" klubunda tibbi müayinədən keçəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
22:00

KİV: Premyer Liqada çıxış edən futbolçu 24 saat ərzində "Real" klubunda tibbi müayinədən keçəcək

15 may, 2025
22:00
474

KİV: Premyer Liqada çıxış edən futbolçu 24 saat ərzində "Real" klubunda tibbi müayinədən keçəcək

İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut"un müdafiəçisi Din Hoysen 24 saat ərzində İspaniyanın "Real" klubunda tibbi müayinədən keçəcək.

"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bütün məsələlər müsbət yekunlaşdıqdan sonra 20 yaşlı müdafiəçi hazırkı komandasının Premyer Liqadakı son iki oyununda iştirak etmək üçün İngiltərəyə qayıdacaq.

"Kral klubu"nun yaxın vaxtlarda transferi açıqlaması gözlənilir.

Məşhur "Transfermarkt" portalı futbolçunun dəyərini 42 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Din Hoysenin "Bornmut"la olan müqavilə müddəti 2030-ci ilin yayında başa çatır. O, cari mövsüm 34 oyunda 3 qol vurub.

Bizimlə əlaqə saxlayın