"Yuventus"un futbolçusu cəzalandığı üçün mövsümün son iki oyununda iştirak edə bilməyəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
19:30

"Yuventus"un futbolçusu cəzalandığı üçün mövsümün son iki oyununda iştirak edə bilməyəcək

13 may, 2025
19:30
513

"Yuventus"un futbolçusu cəzalandığı üçün mövsümün son iki oyununda iştirak edə bilməyəcək

"Yuventus" klubunun futbolçusu Pyer Kalulu İtaliya A Seriyasının XXXVI turunda "Latsio"ya qarşı keçirilən oyunda (1:1) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.

"Report" xəbər verir ki, futbolçu matçın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə yol verdiyi üçün meydandan qovulub.

Bununla da, Kalulu mövsümün son iki turunda - "Udineze" və "Venesiya" komandalarına qarşı baş tutacaq görüşlərdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, fransalı futbolçu müqavilə əsasında "Milan"a məxsusdur və Turin klubunda icarə əsasında forma geyinir.

Bizimlə əlaqə saxlayın