Qurban Qurbanov "Qarabağ"ın bir neçə aparıcı futbolçusuna istirahət verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
15:30

Qurban Qurbanov "Qarabağ"ın bir neçə aparıcı futbolçusuna istirahət verib

13 may, 2025
15:30
513

Qurban Qurbanov "Qarabağ"ın bir neçə aparıcı futbolçusuna istirahət verib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın bir neçə aparıcı futbolçusuna istirahət verib.

Bu barədə "Report"a açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, ölkələrinin milli komandalarına dəvət alan oyunçulara şamil edilib:

"Bildiyiniz kimi, mayın 31-də Azərbaycan Kubokunun finalı, iyunun əvvəlində isə yığmaların təlim-məşq toplanışları olacaq. Komandamız yay hazırlıq prosesinə də tez başlayacaq. Ona görə millilərinə dəvət alanlara bir neçə günlük istirahət verilib. Amma Premyer Liqanın növbəti turunun oyunundan əvvəl hamısı toplanışda olacaq".

Qeyd edək ki, Misli Premyer Liqasında çempionluğu təmin etmiş "Qarabağ" XXXV turda "Kəpəz"i qəbul edəcək. Qarşılaşma mayın 18-də keçiriləcək. "Köhlən atlar" mayın 31-də Azərbaycan Kubokunun finalında "Sabah"la üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın