“Fənərbaxça” Mert Hakan Yandaşın ayağının kəsilmə riski barədə iddialara dair açıqlama yayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
00:50

“Fənərbaxça” Mert Hakan Yandaşın ayağının kəsilmə riski barədə iddialara dair açıqlama yayıb

13 may, 2025
00:50
672

“Fənərbaxça” Mert Hakan Yandaşın ayağının kəsilmə riski barədə iddialara dair açıqlama yayıb

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” bəyanat yayıb.

Apasport.az xəbər verir ki, klub tərəfindən bu gün komandanın üzvü Mert Hakan Yandaşla bağlı yayılan bir sıra xəbərlər təkzib olunub.

“Sarı-lacivərdlilər” yarımmüdafiəçinin uğurlu əməliyyat keçirdiyini, haqqında çıxan xəbərlərin yalan olduğunu və yaxın zamanda evə buraxılacağını açıqlayıb.

Qeyd edək ki, daha əvvəl “Oda TV” futbolçunun vəziyyətinin yaxşı olmadığını, infeksiyanın get-gedə yayıldığını, hətta ayağının kəsilmə riski olduğunu bildirmişdi.

Bizimlə əlaqə saxlayın