Atletlər Komissiyasına üzv seçilən güləşçi: "Şərəfli vəzifənin öhdəsindən gəlməyə çalışacağam"
sizinxeber.az xəbər saytı

Atletlər Komissiyasına üzv seçilən güləşçi: "Şərəfli vəzifənin öhdəsindən gəlməyə çalışacağam"


Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasına üzv seçilməsinə münasibət bildirib.

"Sizinxeber.az" xəbər verir ki, 36 yaşlı idmançı bu barədə şəxsi instaqram hesabında yazıb.

Təcrübəli güləşçi onun üçün xüsusi və qürurverici gün olduğunu bildirib:

"Rəsmi olaraq Atletlər Komissiyasına üzv seçildim. Bu məsuliyyətli və eyni zamanda şərəfli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam. İdmançıların səsini çatdırmaq, onların hüquqlarını qorumaq və daha sağlam idman mühitinin qurulmasına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Etimad göstərən hər kəsə təşəkkür edirəm".

Oxşar xəbərlər

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
"Azəryol" klubunun üzvü: "Qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq"
Həsrət Cəfərov: Növbəti olimpiadalarda çempion olmağa çalışacağam
Sabir Zeynalov: Los-Ancelesdə daha yaxşı nailiyyət əldə etmək üçün çalışacağam
Parisdə medal qazanan paralimpiyaçı: Azərbaycanı layiqincə təmsil etmək üçün çalışacağam

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər