09
may
2025
10:30

yuxarı
"Betis" avrokuboklarda finala yüksələn 12-ci İspaniya klubu olub

"Betis" avrokuboklarda finala yüksələn 12-ci İspaniya klubu olub
"Betis" avrokuboklarda finala yüksələn 12-ci İspaniya klubudur.
"Sizinxeber.az" "Opta"ya istinadən xəbər verir ki, komanda buna UEFA Konfrans Liqasının yarımfinal mərhələsində İtaliya təmsilçisi "Fiorentina"nı mübarizədən kənarlaşdırmaqla nail olub.
Doğma meydanda rəqibini 2:1 hesabı ilə üstələyən "yaşıl-ağlar" cavab matçında heç-heçəyə razılaşıb - 2:2.
İndiyədək Almaniyanın 12, İngiltərənin isə 15 komandası avrokuboklarda final həyəcanı yaşayıb.
Qeyd edək ki, "Betis" mayın 28-də finalda İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.