PSJ XXI əsrdə yeni rekord müəyyənləşdirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2025
09:30

PSJ XXI əsrdə yeni rekord müəyyənləşdirib

30 apr, 2025
09:30
536

PSJ XXI əsrdə yeni rekord müəyyənləşdirib

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.

"Sizinxeber.az" "Opta Jean" statistik portalına istinadən xəbər verir ki, Paris təmsilçisi buna yarımfinal mərhələsinin ilk oyununda İngiltərədə "Arsenal"a qalib gəlməklə (1:0) nail olub.

Ölkə çempionu XXI əsrdə Fransa təmsilçiləri arasında ÇL-də bu raundda səfərdə qələbə qazanan ilk komandadır.

34 il əvvəl, 1991-ci ildə "Marsel" qitənin bir nömrəli klub turnirində Rusiyada Moskva "Spartak"nı üstələmişdi - 3:1.

Qeyd edək ki, PSJ və "Arsenal" arasında cavab oyunu mayın 7-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın