AFFA II Liqa klubu üçün seminar təşkil edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2025
17:00

AFFA II Liqa klubu üçün seminar təşkil edib

22 apr, 2025
17:00
465

AFFA II Liqa klubu üçün seminar təşkil edib

AFFA Hakimlər Komitəsi II Liqada çıxış edən “Şimal” klubunun məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

"Report"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Bizimlə əlaqə saxlayın