"Tottenhem" son 20 ildə ən pis göstəricisinə imza atıb
sizinxeber.az xəbər saytı

"Tottenhem" son 20 ildə ən pis göstəricisinə imza atıb


İngiltərənin "Tottenhem" klubu son 20 ildə ən pis göstəricisinə imza atıb.

"Sizinxeber.az"un "Squawka"ya istinadən məlumatına görə, bu, ötən gün Premyer Liqanın XXXII turunda səfərdə "Vulverhempton"a məğlubiyyətdən (2:4) sonra reallaşıb.

Angelos Postekoqlunun komandası çempionatda 17-ci məğlubiyyətini alıb. Hotspur təmsilçisi sonuncu dəfə 2003/2004 mövsümündə oxşar halla üzləşmişdi. Komanda 19 məğlubiyyətə üzülmüşdü.

“Tottenhem” həmçinin aşkar autsayderlər - “Lester” və “Sauthempton”dan sonra Premyer Liqanın cari mövsümündə 10 və ya daha çox səfər oyununda məğlub olan üçüncü komandadır.

Qeyd edək ki, "Tottenhem" 32 turdan sonra 37 xalla 15-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Mançester Yunayted" Premyer Liqa tarixinə düşüb
Altıqat İspaniya çempionu son 67 ildə ən pis göstəricisinə imza atıb
İngiltərə Premyer Liqası: “Arsenal” 5 cavabsız qol vurub, “Tottenhem” uduzub
"Barselona" son 7 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb
"Lester" "Tottenhem" klubunun futbolçusunu transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle