“Turan Tovuz”un azarkeşlə qalmaqal yaşayan futbolçusuna verdiyi cəza məlum olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
apr
2025
15:00

“Turan Tovuz”un azarkeşlə qalmaqal yaşayan futbolçusuna verdiyi cəza məlum olub

09 apr, 2025
15:00
508

“Turan Tovuz”un azarkeşlə qalmaqal yaşayan futbolçusuna verdiyi cəza məlum olub

“Turan Tovuz”un Misli Premyer Liqasının XXIX turunda “Səbail”lə matçda azarkeşlə qalmaqal yaşayan futbolçusu Veysəl Rzayevə verdiyi cəza məlum olub.

“Sizinxeber.az”un əldə etdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi klub rəhbərliyi tərəfindən cərimələnib.

Onun komandadan göndərilməsi və ya başqa formada cəzalandırılması nəzərdə tutulmayıb. Amma qalmaqalda iştirak etdiyinə görə müəyyən məbləğdə cərimə ödəməli olacaq.

Qeyd edək ki, Tovuzda baş tutan və 0:0 hesabı ilə bitən matçdan sonra V.Rzayev azarkeşi vurmağa cəhd edib. AFFA İntizam Komitəsi futbolçunu biri şərti olmaqla 2 oyunluq cəzalandırıb. “Turan Tovuz” isə 2000 manat cərimələnib.

Bizimlə əlaqə saxlayın