“Neftçi” Azərbaycan çempionatlarında nadir göstəriciyə imza atıb
sizinxeber.az xəbər saytı

“Neftçi” Azərbaycan çempionatlarında nadir göstəriciyə imza atıb


“Neftçi” Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atıb.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ”dan 5 qol buraxan (0:5) Bakı klubu XXXIV turda “Kəpəz”in qapısına eyni sayda qol vurub – 5:1.

Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərib. Bu ,1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə hadisədir. Belə göstəriciyə sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011/2012 mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib – 5:1.

“Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə belə ardıcıllığa nail olub. Tovuzlular 1997/1998 (“Qarabağ” 1:5, “Kür-Nur” 5:1), 1998/1999 (“Bakı fəhləsi” 1:5, “Şahdağ” 8:0) və 2000/2001 (“Neftçi” 1:5, “Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.

Sumqayıt “Xəzər”i 1999/2000 (“Şəfa” 0:5, “Neftqaz” 5:0), “Qarabağ” 2001/2002 (“Şəmkir” 1:5, “Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.

Oxşar xəbərlər

Azərbaycan Kuboku tarixinin darmadağınları - ARAŞDIRMA
Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
“Qarabağ” və “Neftçi” azarkeşlərinə görə cərimələniblər
Premyer Liqa: "Neftçi" "Kəpəz"i məğlub edərək üçüncü pilləyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər