sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Memfis Depay sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalanıb
Braziliyanın "Korintians" klubunun niderlandlı futbolçusu Memfis Depay sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalanıb.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, hücumçu 9 min avro cərimələnib.
30 yaşlı futbolçu 2024-cü il avqustun 6-da Monakoda sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb. Yoxlanış zamanı onun avtomobili içkili halda idarə etdiyi aşkarlanıb.
Qeyd edək ki, PSV-nin yetirməsi olan M.Depay peşəkar karyerasına 2011-ci ildə başlayıb. O, Niderland klubunun heyətində ölkə çempionu və kubokun qalibi olub. Karyerası ərzində "Mançester Yunayted" və "Barselona" kimi klublarda çıxış etmiş hücumçu ötən ilin yayında "Korintians"a transfer edilib.
Oxşar xəbərlər
Niderland millisinin futbolçusu Braziliya klubuna keçir
Cənubi Koreya klubunun məşhur futbolçusu ilə bağlı araşdırmalara başlanılıb
"Atletiko"nun futbolçusu klubdan ayrılacaq
"Mançester Yunayted" İspaniya klubunun futbolçusu ilə maraqlanır
"Nikosayağı" qəza zamanı sərxoş olubmuş
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













