AFFA hakimi təhqir edən koordinatoru 5 oyunluq cəzalandırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
yan
2025
17:00
0
0
1 467
ff

AFFA hakimi təhqir edən koordinatoru 5 oyunluq cəzalandırıb

10 yan, 2025
17:00
1 467

AFFA hakimi təhqir edən koordinatoru 5 oyunluq cəzalandırıb

AFFA U-10 Liqasında baş tutan “Neftçi” - “Azərbaycan Qartalları” görüşündə hakimi təhqir edən qonaqların koordinatoru Abdulkadir Özü 5 oyunluq cəzalandırıb.

“Report” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

AFFA U-16 Liqasında çıxış edən “Mübariz” klubuna isə 0:3 hesablı texnki məğlubiyyət verilib. Buna dekabrın 28-də “Dinamo” ilə keçirilən matçda meydan sahibi komandanın heyətində protokolda adı yazılmayan 4 futbolçunun iştirakı səbəb olub.

Daha bir texniki məğlubiyyət AFFA-nın Yüksək Qızlar Liqasında çıxış edən “Qəbələ” komandasına verilib. Buna bölgə təmsilçisinin dekabrın 28-də “Dirçəliş”lə keçirilməli olan oyuna çıxmaması və ev sahibi kimi matçı təşkil edə bilməməsi (ev sahibi komandanın saatı bildirməməsi) səbəb olub. Nəticədə görüş baş tutmadığı üçün "Qəbələ" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Bizimlə əlaqə saxlayın

×
×