Polşa klubu kiprli azarkeşlərin açdığı bannerə görə UEFA-ya şikayət edib
sizinxeber.az xəbər saytı

Polşa klubu kiprli azarkeşlərin açdığı bannerə görə UEFA-ya şikayət edib


Polşanın "Legiya" klubu UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turunda qarşılaşdığı Kipr təmsilçisi "Omoniya"dan rəqib azarkeşlərin açdığı bannerə görə şikayət edib.

"Report" Varşava klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb kiprli fanatların oyundan əvvəl "17.01.1945 Qırmızı Ordu Varşavanı azad etdi" mətni olan banner açması olub.

Polşa təmsilçisi UEFA-dan sərt tədbirlər görülməsini tələb edib.

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda keçirmiş görüşdə "Legiya" 3:0 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

UEFA Konfrans Liqasının Liqa mərhələsi: Ermənistan klubu darmadağın olub
UEFA Konfrans Liqasının Liqa mərhələsində I tura bu gün yekun vurulacaq
UEFA Konfrans Liqasına yekun vurulub
UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçirilib
UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər