"Mançester Yunayted" Xviça Kvaratsxeliya ilə maraqlanır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
noy
2024
21:00
0
0
1 534
ff

"Mançester Yunayted" Xviça Kvaratsxeliya ilə maraqlanır

26 noy, 2024
21:00
1 534

"Mançester Yunayted" Xviça Kvaratsxeliya ilə maraqlanır

İngiltərə təmsilçisi "Mançester Yunayted" İtaliyanın "Napoli" klubunun futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.

"Sizinxeber.az" "Sportmediaset"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" gürcüstanlı vingeri transfer etmək üçün hərəkətə keçəcək.

Mankunianlılar 23 yaşlı oyunçuya illik 8 milyon avro maaş olmaqla 5 illik müqavilə təklif etməyə hazırlaşır. Kvaratsxeliya "Mançester Yunayted"in təklifi ilə razılaşsa, "Neapol" onu 100 milyon avro qarşılığında sata bilər.

Qeyd edək ki, Xviçanın Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizimlə əlaqə saxlayın

×
×