"Neftçi"nin Müşahidə Şurasının üzvü: "Yeni baş məşqçi ilə bağlı rəhbərliyə müvafiq namizədlərin adları təqdim olunub"
sizinxeber.az xəbər saytı

"Neftçi"nin Müşahidə Şurasının üzvü: "Yeni baş məşqçi ilə bağlı rəhbərliyə müvafiq namizədlərin adları təqdim olunub"


Yeni baş məşqçi ilə bağlı rəhbərliyə müvafiq namizədlərin adları təqdim olunub.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev deyib.

O, Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdən sonra jurnalistlərə açıqlamasında "ağ-qaralar"ın baş məşqçi postundan ayrılan Roman Qriqorçuk barədə danışıb:

"Azarkeşlərin məyusluğunu başa düşürük. Futbolda belə hallar olur. "Neftçi" bu cür uğursuzluğa düçar olan ilk komanda deyil. Məncə, klub rəhbərliyi əlindən gələni edir. Mövsümün əvvəlində işlərə çox həvəslə başladıq. Yəqin ki, bütün futbol ictimayyəti bunun şahidi oldu. Roman Qriqorçuk kifayət qədər peşəkar məşqçi idi. Təəssüf ki, onun gördüyü işlərdən sonra uğur qazanılmadı. Yeni baş məşqçinin yerli və ya əcnəbi olacağını indidən söyləmək mümkün deyil. Bununla bağlı müəyyən müzakirələr aparırıq. Yeni baş məşqçi ilə bağlı rəhbərliyə müvafiq namizədlərin adları təqdim olunub".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 5 xalla 9-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Roman Qriqorçuk "Neftçi"nin yeni transferinin keçidinə münasibət bildirib
"Neftçi"nin media üzrə koordinatoru: Meydanda yaşananlara baş məşqçi cavab verə bilər
Roman Qriqorçuk: Biz Mustafa Seki çoxdan izləyirdik
"Neftçi" Adrian Mutu ilə vidalaşıb, yeni baş məşqçi bəlli olub
“Neftçi”dən Qara Qarayev ilə bağlı QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle