Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək


Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək.

"Report" Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, reytinq cədvəlinin 27-ci sırasında qərarlaşan komanda bu dəfə ilkin mərhələdən yarışacaq.

Komandalar artıq səbətlərə bölünüb, püşkatma isə oktyabrın 31-də keçiriləcək. Millimiz öz qrupunun birinci komandası olacaq. Reytinq cədvəlində yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 səbətə bölünəcəklər. Səbətlərdən ikisində 3, birində 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Əsas mərhələdə isə 28 komanda 4 qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları 25-30 mart tarixlərində keçiriləcək.

Yekunda qrup qalibləri final mərhələsinə yüksələcəklər. Final mərhələsinin oyunları gələn il sentyabrın 28-dən oktyabrın 5-nə qədər Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

1-ci səbət

Gürcüstan

Azərbaycan

Şimali Makedoniya

2-ci səbət

Kosovo

Litva

Cəbəllütariq

3-cü səbət

Malta

Almaniya

San Marino

Estoniya

Oxşar xəbərlər

Futzal üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib
AVRO-2026: Azərbaycanın futzal millisinin oyunlarının tarixi açıqlanıb
Azərbaycan millisinin üzvü: AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik
Azərbaycan millisi iki yoldaşlıq görüşü keçirəcək
EEVZA: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər