UEFA Avropa Liqası: Liqa mərhələsində I tura bu gün start veriləcək
2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsində I tura bu gün start veriləcək.
“Sizinxeber.az”un məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
Maraqla gözlənilən oyunlardan biri Türkiyədə keçiriləcək. “Qalatasaray” doğma meydanda Yunanıstan təmsilçisi PAOK-la münasibətləri aydınlaşdıracaq.
İngiltərənin “Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi “Tvente”ni qəbul edəcək.
“Qarabağ” klubunun rəqiblərindən olan İsveçin “Elfsborq” komandası səfərdə Niderlandın AZ klubu ilə üz-üzə gələcək. “Budyo-Qlimt” (Norveç) isə evdə “Portu” (Portuqaliya) ilə qarşılaşacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
20:45. AZ (Niderland) - “Elfsborq” (İsveç)
20:45. Budyo-Qlimt” (Norveç) - “Portu” (Portuqaliya)
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Tvente” (Niderland)
23:00. “Qalatasaray” (Türkiyə) - PAOK (Yunanıstan)
23:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Latsio” (İtaliya)
23:00. “Ludoqorets” (Bolqarıstan) - “Slaviya” (Çexiya)
23:00. “Midtyullann” (Danimarka) - “Hoffenhaym” (Almaniya)
23:00. “Nitsa” (Fransa) - “Real Sosyedad” (İspaniya)
23:00. “Anderlext” (Belçika) - “Ferentsvaroş” (Macarıstan)
Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: Bu gün "Qarabağ"ın rəqibləri bəlli olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I tura start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Liqası: "Qarabağ" püşkatmada 2-ci və ya 3-cü səbətdə yer alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












