UEFA Azərbaycan klubunun rəqibini cərimələyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
avq
2024
14:30
0
0
1 630
ff

UEFA Azərbaycan klubunun rəqibini cərimələyib

28 avq, 2024
14:30
1 630

UEFA Azərbaycan klubunun rəqibini cərimələyib

UEFA "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olmuş İsrailin "Makkabi" (Hayfa) klubunu cərimələyib.

"Report" xəbər verir ki, Avropa futbol qurumu təmsilçimizin Hayfa klubu ilə Macarıstanda gerçəkləşən ilk matçına hüququ qiymət verib.

İsrail klubu Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionundakı görüşdə azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 46 750 avro ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıdakı oyunun əlavə vaxtında 3:6 hesabı ilə uduzan "Sabah" penaltilər seriyasında (3:2) sevinən tərəf olub.

Bizimlə əlaqə saxlayın

×
×