2026-cı il dünya çempionatının finalında fasilə 17 dəqiqədən çox olmayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
iy
2026
22:47
ff aaaaaaa

2026-cı il dünya çempionatının finalında fasilə 17 dəqiqədən çox olmayacaq

17 iy, 2026
22:47
140

2026-cı il dünya çempionatının finalında fasilə 17 dəqiqədən çox olmayacaq

2026-cı il futbol üzrə dünya çempionatının final matçında hissələrarası fasilə 17 dəqiqə davam edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Marca" qəzeti Beynəlxalq Futbol Federasiyasının (FIFA) açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, fasilənin 11 dəqiqəsi ifaçıların çıxışlarına, qalan vaxt isə səhnənin quraşdırılması və sökülməsinə sərf olunacaq. Bununla əlaqədar fasilə adi vaxtdan cəmi iki dəqiqə uzun olacaq. Daha əvvəl The Times qəzeti FIFA-nın fasiləni 15 dəqiqədən 30 dəqiqəyə qədər artırmağı planlaşdırdığını yazmışdı.

Qarşılaşma 19 iyulda ABŞ-ın Nyu-Cersi ştatının İst-Ruterford şəhərində keçiriləcək. Finalda İspaniya və Argentina milli komandaları qarşılaşacaq. Fasilə zamanı kanadalı müğənni Castin Biber, amerikalı ifaçı Madonna, kolumbiyalı müğənni Şakira və Cənubi Koreyanın BTS pop qrupu çıxış edəcəklər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul