Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri istefa verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
11:00
ff

Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri istefa verib

06 iy, 2026
11:00
256

Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri istefa verib

Çon Mon Qyu ölkə yığması futbol üzrə dünya çempionatının 1/16 finalına vəsiqə qazana bilmədikdən sonra bu gün Koreya Futbol Assosiasiyasının (KFA) prezidenti postundan istefa verib.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi KFA-ya istinadən məlumat yayıb.

O, assosiasiyanın iclasından sonra istefa verib. Turnir iyulun 19-da başa çatsa da, Çon Mon Qyu 2013-cü ilin yanvarından bəri tutduğu vəzifədən iki həftə tez istefa vermək qərarına gəlib.

KFA-nın qaydalarına əsasən, təşkilatın dörd vitse-prezidentindən biri seçkilərə qədər müvəqqəti prezident postunu tutacaq.

Daha əvvəl Cənubi Koreya yığmasının baş məşqçisi Hon Myon Bo da komanda 3 xal (bir qələbə və iki məğlubiyyət) toplayaraq A qrupunda üçüncü yeri tutduqdan və 1/16 finala vəsiqə qazana bilmədikdən sonra istefa vermişdi.

Bizimlə əlaqə saxlayın

×
×