"Qarabağ" "Ferentsvaroş"un futbolçusu Cebrail Makreçkisi transfer edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
iy
2026
19:30
ff

"Qarabağ" "Ferentsvaroş"un futbolçusu Cebrail Makreçkisi transfer edib

05 iy, 2026
19:30
225

"Qarabağ" "Ferentsvaroş"un futbolçusu Cebrail Makreçkisi transfer edib

2026/27-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Macarıstanın "Ferentsvaroş" klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis "Qarabağ"a transfer olunub.

Latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək, 25 nömrəli formanı geyinəcək.

Almaniyada doğulan və Leverkuzen "Bayer"inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində "Bonner", "Borussiya" (Dortmund), "Viktoriya" (Berlin), Bolqarıstanda "Pirin" (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.

Qeyd edək ki, Cebrail Makreçkis yay transfer pəncərəsində komandanın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi "Qarabağ"a qoşulub.

Bizimlə əlaqə saxlayın

×
×