DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2026
23:50
ff

DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib

30 in, 2026
23:50
287

DÇ-2026: Norveç millisi 1/16 final mərhələsinə yüksəlib

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında Fil Dişi Sahili və Norveç milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Oyunda hesabı Norveç millisi açıb. Antonio Nusa qarşısıalınmaz zərbə ilə komandasını önə keçirib: 1:0. İlk hissədə başqa qol vurulmayıb.

Afrika təmsilçisi 74-cü dəqiqədə bərabərlik qolunu vurub. Amad Diallo fərqlənib. 86-cı dəqiqədə səhnəyə Erlinq Haaland çıxıb. "Siti"nin ulduzu hesabı 2:1 edən qolu vurub.

Görüş bu hesabla başa çatıb və Norveç millisi adını növbəti mərhələyə yazdırıb.

Norveç 1/8 final mərhələsində Braziliya yığması ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
30 iyun
21:00. Fil Dişi Sahili – Norveç 1:2

Qol: A. Nusa, 39, A. Diallo, 74, E. Haaland, 86

Fil Dişi Sahili: Fofana, Due, Kossunu, Aqbadou, Konan, Sanqare, Pepe, Kessie, İnao Ulay, Diomande, Bonni

Norveç: Nüland, Vulfe, Lisaker-Heggem, Ayer, Pedersen, Berq, Berge, Odeqor, Nusa, Haaland, Sörlot.

Bizimlə əlaqə saxlayın

×
×