DÇ-2026: Paraqvay Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb – YENİLƏNİB-8
DÇ-2026: Paraqvay Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb – YENİLƏNİB-8
Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) qol vuran futbolçular olublar.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi (4:1) 1/8 finala yüksəlib.
Komandanın bu raunndakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda əlavə vaxt başa çatıb.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final matçının əlavə vaxtında da qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda əlavə vaxt başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçının əsas vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Əgər burada da tərəflər bir-birilərinə üstünlük qura bilməsələr, penaltilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda əsas vaxt başa çatıb.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Əgər burada da tərəflər bir-birilərinə üstünlük qura bilməsələr, penaltilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ikinci qol vurulub.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabı bərabərləşdiriblər – 1:1.
54-cü dəqiqədə Kay Havertz qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ikinci hissə başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir – 1:0.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ilk hissə başa çatıb.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi fasiləyə üstün yollanıb – 1:0.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ilk qol vurulub.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.
42-ci dəqiqədə Xulio Ensiso topu rəqibin qapısından keçirib.
Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyunu başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Boston stadionunda keçirilir.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
