Hajime Moriyasu: "Mundialla vidalaşdığımız üçün böyük məyusluq hissi keçirirəm" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2026
02:30
ff

Hajime Moriyasu: "Mundialla vidalaşdığımız üçün böyük məyusluq hissi keçirirəm"

30 in, 2026
02:30
213

Hajime Moriyasu: "Mundialla vidalaşdığımız üçün böyük məyusluq hissi keçirirəm"

DÇ-2026-da mübarizəni 1/16 finalda dayandıran Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu olduqca məyusdur.

"Report" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bunu Braziliya yığmasına qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.

O, komandanın mübarizəni dayandırmasına görə üzgün olduqlarını söyləyib:

"Bu mərhələdə turnirlə vidalaşdığımız üçün böyük məyusluq hissi keçirirəm. Lakin futbolçularımız bu gün, eləcə də bura qədər gəldiyimiz bütün yol ərzində əllərindən gələni etdilər. Məşqçilər korpusu da komandaya dəstək olmaq üçün fədakarlıqla çalışdı. Hazırda bütün gücümüzü ortaya qoyduqdan sonra çox sarsılmışam. Bununla belə, bu nəticəni qəbul edib ondan dərs çıxarmaq və gələcəkdə daha güclü komanda olmaq istəyirik".

Qeyd edək ki, Yaponiya seçməsinə 2:1 hesabı ilə qalib gələn Braziliya 1/8 finala yüksəlib.

Bizimlə əlaqə saxlayın

×
×