30
in
2026
01:30
yuxarı
"Çikaqo Fayr" Levandovskinin transferini açıqlayıb
"Çikaqo Fayr" Levandovskinin transferini açıqlayıb
"Çikaqo Fayr" (ABŞ) polşalı hücumçu Robert Levandovskinin transferini açıqlayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu MLS təmsilçisi ilə iki illik müqavilə imzalayıb.
"Onun gəlişi kuboklar uğrunda mübarizə aparmaq ambisiyamızı gücləndirir. Çikaqo sakinlərinə onun niyə dünyanın ən çox rəğbət bəslənilən idman ikonlarından biri olduğunu canlı nümayiş etdirmək üçün səbirsizlənirik", - "Çikaqo Fayr" klubunun baş məşqçisi Qreq Berhalter deyib.
Qeyd edək ki, o, indiyə qədər milli komandası və Avropanın nəhəng klublarında 700-dən çox qol vurub.
Bizimlə əlaqə saxlayın
×
×
