Karlo Ançelotti: "Yaponiya millisi asan rəqib deyil" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2026
00:00
ff

Karlo Ançelotti: "Yaponiya millisi asan rəqib deyil"

30 in, 2026
00:00
520

Karlo Ançelotti: "Yaponiya millisi asan rəqib deyil"

Futbol üzrə Yaponiya millisi asan rəqib deyil.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/16 final mərhələsində Yaponiyaya qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis komandasının oyunundan razı qaldığını və hələ inkişaf üçün imkanların olduğunu vurğulayıb:

"Səbrimizi itirmədik. Həm meydanda, həm də ehtiyat oyunçular skamyasında kifayət qədər seçimimiz var idi. Yaponiya asan rəqib deyil – çox yaxşı təşkilatlanmış və yüksək intensivliklə oynayan komandadır. Neymarı əlavə vaxta saxlayırdım. Əgər ikinci qolu vurmasaydıq, o, 105-ci dəqiqədə meydana çıxacaqdı. Komanda yaxşı oynadığı üçün oyun quruluşunu dəyişmək istəmədim."

Qeyd edək ki, Yaponiya seçməsinə 2:1 hesabı ilə qalib gələn Braziliya 1/8 finala yüksəlib.

Bizimlə əlaqə saxlayın

×
×