UEFA Konfrans Liqasının finalı ərəfəsində azarkeşlər arasında dava düşüb
sizinxeber.az xəbər saytı

UEFA Konfrans Liqasının finalı ərəfəsində azarkeşlər arasında dava düşüb


UEFA Konfrans Liqasının final oyunundan əvvəl İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" klublarının fanatları arasında kütləvi qarşıdurma yaşanıb.

"Sizinxeber.az" xarici mətbuat orqanlarına istinadən məlumat verir ki, insident Leypsiq şəhərində yerləşən restoranlardan birində baş verib.

Azarkeşlər bir-birlərinə müxtəlif əşyalar tullamaqla hücuma keçiblər. Hadisə yerinə gələn polis ərazini nəzarət altına alıb. Onlarla nəfər iğtişaşlarda iştirakına görə saxlanılıb.

Qeyd edək ki, "Red Bull Arena" stadionunda təşkil olunacaq "Kristal Pelas" – "Rayo Valyekano" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Oxşar xəbərlər

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçları baş tutub
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk matçları baş tutacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər