"Çelsi" Tiaqu Silvanı məşqçi kimi geri qaytarmağı düşünür
sizinxeber.az xəbər saytı

"Çelsi" Tiaqu Silvanı məşqçi kimi geri qaytarmağı düşünür


İngiltərənin "Çelsi" klubunun rəhbərliyi sabiq müdafiəçisi Tiaqu Silvanı məşqçi kimi komandaya qaytarmaq variantını nəzərdən keçirir.

"Sizinxeber.az" "ESPN Brasil"ə istinadən xəbər verir ki, 41 yaşlı braziliyalı futbolçu ilə bağlı hələ yekun qərar qəbul olunmayıb.

London təmsilçisi ilə müsbət münasibətlərini qoruyan veteran oyunçu bu yaxınlarda komandanın İngiltərə Premyer Liqasında "Nottingem Forest"ə 2:1 hesabı ilə qalib gəldiyi ev matçını direktorlar lojasından izləyib. Müdafiəçinin ailəsinin hələ də London klubunun məşq bazasının yaxınlığında yaşadığı bildirilib.

Qeyd edək ki, T.Silva 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. O bu ilin yanvarında qoşulduğu "Portu" (Portuqaliya) klubundan bir neçə gün öncə ayrılıb.

Oxşar xəbərlər

"Çelsi" London təmsilçisinin futbolçusu ilə maraqlanır
La Liqa klubu "Çelsi"nin futbolçusunu transfer edə bilər siz
“Çelsi” klubu Ceydon Sançonun transferi ilə bağlı razılığa gələ bilməyib
"Çelsi" 33 il sonra Premyer Liqada antirekordunu təkrarlayıb
"Çelsi" və "Tottenhem"in sabiq futbolçusu Koreya klubunun baş məşqçisi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər