Əşrəf Hakimi və Usman Dembele UEFA Çempionlar Liqasının finalında oynamaya bilər
Fransanın PSJ klubunun müdafiəçisi Əşrəf Hakimi və hücumçu Usman Dembele UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı keçiriləcək final matçında oynamaya bilər.
"Sizinxeber.az" "L'Équipe"ə istinadən xəbər verir ki, Hakiminin tezliklə komandanın məşqlərinə qayıdacağı gözlənilsə də, onun mayın 30-da baş tutacaq həlledici görüşə tam hazır olmayacağı ehtimal edilir.
Fransa klubunun digər futbolçusu Usman Dembele isə baldır əzələsindən aldığı zədədən sonra fərdi proqram üzrə hazırlıqlarını davam etdirir. Mayın 26-da komandanın ümumi məşqlərinə qoşulmasa, Dembelenin həlledici oyuna hazırlığı sual altına düşəcək.
Qeyd edək ki, Ə.Hakimi aprelin 28-də UEFA Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya (Almaniya) qarşı keçirilən ilk matçda (5:4) budundan zədə alıb.
Oxşar xəbərlər
Usman Dembele Çempionlar Liqasının finalında "Arsenal"a qarşı oynamağa hazırdır
Usman Dembele "Arsenal"a qarşı oyunda meydana çıxa bilər
UEFA Çempionlar Liqası: "Arsenal" finalda PSJ ilə qarşılaşacaq
KİV: “Real”ın iki futbolçusu “Arsenal”a qarşı oynamaya bilər
UEFA Çempionlar Liqası: "Arsenal" finalda "PSJ" ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
