Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi bəlli olub
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Mərasimdə Premyer Liqanın 11-cisi "Qəbələ"nin və I Liqanın son turunda 2-ci yeri tutmağı bacarmış "Mingəçevir"in nümayəndələri iştirak ediblər.
PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, "Qəbələ" idman direktoru Səbuhi Səfiyarlı, "Mingəçevir" isə İdarə Heyətinin sədr müavini Ruslan Həmidov ilə təmsil olunub. Püşkatmaya əsasən "Qəbələ" nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər məqamlarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.
PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu mayın 28-də "SOCAR Polymer Arena"da keçiriləcək. Görüş saat 18:30-da start götürəcək. Oyunda VAR sistemi tətbiq ediləcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
Azərbaycan I Liqasında pley-offun nominal meydan sahibi müəyyənləşib
Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum olub
Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off matçının tarixi açıqlanıb
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
