"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub
"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan"la səfər oyununda vurulan sonuncu qol "Zirə" üçün əlamətdar olub.
Yubiley topuna Junior Martins imza atıb. Bununla da "Zirə" Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.
Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.
Debütü 2015/2016 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Zirə" "Araz-Naxçıvan"la səfər görüşündə 2:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub
"Qarabağ"ın futbolçusu Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub
"Zirə" Premyer Liqada səfərdə 50-ci heç-heçəsinə imza atıb
"Səbail" Azərbaycan çempionatlarında 100-cü səfər qolunu vurub
"Zirə"nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
