"Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"la oyun futbolçularımız üçün utanc verici idi"
"Araz-Naxçıvan"la matç "Aris" futbolçuları üçün utanc verici olub.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Aris"in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri cavab oyununda sonra mətbuat konfransında deyib.
Mütəxəssis mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını söyləyib:
"Bu mənzərə stadiona gələnlər üçün utan verici idi. Lakin tək azarkeşlər yox, futbolçularımız üçün də utanc verici gecə idi. Qarşılaşmanın əvvəlində buraxdığımız səhvlərin bədəlini ağır ödədik. Rəqibin qırmızı vərəqə alması işimizi asanlaşdırdı. Lakin ikinci qolu çox gec vurduq. Mövsüm boyu avrokuboklar üçün hazırlaşırsan, təəssüf ki, sonluq bəzən belə ola bilir. Məğlubiyyətin məsuliyyətini öz boynuma götürürəm. Təxminən iki həftəyə qurulan heyətimiz var. Nə olursa olsun, başımızı dik tutmalıyıq".
O, oyun zamanı VAR tədbiqinin olmamasından şikayətlənib:
"VAR tədbiq edilən zaman vəziyyət fərqli olur. Başqa bir epizodda "Araz-Naxçıvan"ın futbolçusuna növbəti qırmızı vərəqə verilə bilərdi. Bəlkə, VAR olsaydı, penalti epizodu ləğv edilərdi. Bu məğlubiyyət futbolçularımıza təcrbə qazandıracaq".
Qeyd edək ki, Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutan "Aris" - "Araz-Naxçıvan matçı 2:2 hesablı bərabərliklə yekunlaşıb. İlk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi III təsnifat mərhələsinə yüksəlib.
Oxşar xəbərlər
Yunanıstan klubunun baş məşqçisi: "Araz-Naxçıvan"la cavab oyunu tamam fərqli olacaq"
"Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik"
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq"
Konfrans Liqası: "Araz-Naxçıvan" - "Aris" oyunu başlayıb
"Araz-Naxçıvan"ın futbolçusu: "Sabah bizi ağır oyun gözləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
