Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə adlayıb, Kipr klubuna rəqib olub - YENİLƏNİB-7 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
avq
2025
01:30

Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə adlayıb, Kipr klubuna rəqib olub - YENİLƏNİB-7

01 avq, 2025
01:30
724

Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə adlayıb, Kipr klubuna rəqib olub - YENİLƏNİB-7

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) cavab matçında heç-heçə edən "Araz-Naxçıvan" növbəti mərhələyə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Fabiano Leysman (62) və Monçu (90) fərqlənib. Naxçıvan klubundan isə Çarlz Boli (11) və Felipe Santos (38) rəqib qapısının torunu silkələyib.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Rəqibin heyətində isə Fabiano Leysman 90+8-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi.

Elmar Baxşıyevin komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

00:06

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab bərabərləşib.

"Report"un məlumatına görə, "Aris"in heyətində Monçu 90-cı dəqiqədə fərqlənib - 2:2.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:47

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında növbəti qol vurulub.

"Report"un məlumatına görə, "Aris" hesab arasındakı fərqi azaldıb.

Fabiano Leysman 62-ci dəqiqədə fərqlənib - 1:2.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:22

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, fasilədən sonra "Araz-Naxçıvan" komandasının 2:0 hesablı üstünlüyü davam edir.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:06

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "Araz-Naxçıvan" fasiləyə hesabda 2:0 öndə yollanıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:53

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris"lə (Yunanıstan) matçda "Araz-Naxçıvan" hesab arasındakı fərqi artırıb.

"Report"un məlumatına görə, Naxçıvan klubunun heyətində Felipe Santos 38-ci dəqiqədə penaltidən fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab açılıb.

"Report"un məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:14

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.

"Report"un məlumatına görə, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Bizimlə əlaqə saxlayın