UEFA Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-7 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
avq
2025
00:30

UEFA Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-7

01 avq, 2025
00:30
713

UEFA Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-7

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris"lə (Yunanıstan) - "Araz-Naxçıvan" matçı başa çatıb.

"Sizinxeber.az"un məlumatına görə, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Fabiano Leysman (62-ci dəqiqə) və Monçu (90-cı dəqiqə) fərqlənib. Naxçıvan klubunun heyətində isə Çarles Boli (11-ci dəqiqə) və Felipe Santos (38-ci dəqiqə) rəqib qapısının torunu silkələyib.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi.

00:06

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab bərabərləşib.

"Sizinxeber.az"un məlumatına görə, "Aris"in heyətində Monçu 90-cı dəqiqədə fərqlənib - 2:2.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:47

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında növbəti qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, "Aris" hesab arasındakı fərqi azaldıb.

Fabiano Leysman 62-ci dəqiqədə fərqlənib - 1:2.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:22

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ikinci hissə başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, fasilədən sonra "Araz-Naxçıvan" komandasının 2:0 hesablı üstünlüyü davam edir.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:06

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ilk hissə başa çatıb.

"Sizinxeber.az"un məlumatına görə, "Araz-Naxçıvan" fasiləyə hesabda 2:0 öndə yollanıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab açılıb.

"Sizinxeber.az"un məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:14

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.

"Sizinxeber.az"un məlumatına görə, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Bizimlə əlaqə saxlayın