Konfrans Liqası: Böyük hesabla qələbə qazanan “Sabah” növbəti mərhələyə keçib - YENİLƏNİB-9
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrok”a (Moldova) qalib gələn “Sabah” növbəti raunda adlayıb.
“Sizinxeber.az” xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.
“Bayquşlar”ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi olub.
Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Petrokub”u mübarizədən kənarlaşdıran “Sabah” adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda ikinci hissə başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda öndədir - 4:1.
Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda ilk hissə başa çatıb.
"Sizinxeber.az" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu fasiləyə böyükhesablı üstünlüklə yollanıb - 4:1
Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab növbəti dəfə dəyişib.
"Sizinxeber.az" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 4:1.
45+2-ci dəqiqədə Pavol Şafranko fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab yenidən dəyişib.
"Sizinxeber.az" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 3:1.
44-ci dəqiqədə Coy Lens Mikels het-trik müəllifi olub.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda üçüncü qol vurulub.
"Sizinxeber.az" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi azaldıblar - 1:2.
"Sabah"ın heyətində 42-ci dəqiqədə Steve Solvet avtoqol müəllifi olub.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab dəyişib.
"Sizinxeber.az" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 2:0.
28-ci dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab açılıb..
"Sizinxeber.az" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.
21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyunu start götürüb.
"Sizinxeber.az" xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.
Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
FOTO: Mircavid Eminoğlu
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: “Sabah” səfərdə inamlı qələbə qazanıb
UEFA Konfrans Liqası: Azərbaycan klubları cavab matçlarını keçirəcəklər
"Sabah"ın UEFA Konfrans Liqasındakı rəqibi müəyyənləşib
UEFA Konfrans Liqası: "Sabah" Moldova klubunu məğlub edib - YENİLƏNİB-5
UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - YENİLƏNİB - 6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












