Xorvatiya klubunun futbolçusu: "Əsas hədəfimiz "Zirə" üzərində qələbə qazanmaqdır"
sizinxeber.az xəbər saytı

Xorvatiya klubunun futbolçusu: "Əsas hədəfimiz "Zirə" üzərində qələbə qazanmaqdır"


"Hayduk" komandası sabahkı görüşdə qələbəyə ümid edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Xorvatiyanın "Hayduk" klubunun futbolçusu Filip Krovinoviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi Bakıdakı ilk qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

"Sabahkı oyuna hazırıq. İnanırıq ki, uğurlu nəticə əldə edəcəyik. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Ölkəniz barədə bir çox məlumatlar əldə etmişəm. Əsas hədəfimiz qələbə qazanmaqdır".

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Oxşar xəbərlər

"Hayduk"un baş məşqçisi: "Zirə" avrokuboklardakı çətin rəqiblərdən biridir"
Salifu Suma "Zirə"dən ayrılıb
Rəşad Sadıqov: ""Hayduk"la oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm"
"Zirə"nin rəqibinin futbolçusu Portuqaliya klubuna transfer olunub
"Zirə"nin UEFA Konfrans Liqasındakı rəqibi böyükhesablı qələbəyə sevinib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər