"Araz-Naxçıvan" heyətini U-19 millisinin üzvü ilə gücləndirib
"Araz-Naxçıvan" futzal klubu heyətini U-19 millisinin üzvü Ədalət Ələkbərovla gücləndirib.
Bu barədə "Sizinxeber.az"a klubdan məlumat verilib.
Gənc futzalçı ilə 1 illik müqavilə imzalanıb.
Daha əvvəl Qazaxıstanın "Astana" klubundan ayrılan milli üzvü Rövşən Hüseynlini, Mirzə Əmirovu heyətinə qatan son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviç, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb.
Bununla yanaşı, Qüdrət Qasımzadə, Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
Oxşar xəbərlər
“Araz-Naxçıvan” futzal klubu doqquz oyunçusu ilə yolları ayırıb
"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib
"Araz-Naxçıvan" klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb
Emin Kürdov: "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında yer aldığı qrupun favoritidir"
“Araz-Naxçıvan” klubu İsveçə itki ilə yollanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
