sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İtaliyalı futbolçu "Napoli"yə transfer oluna bilər
İtaliyanın "Napoli" klubu A Seriyasının digər təmsilçisi "Udineze"nin hücumçusu Lorenzo Lukkanı heyətinə qatmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Neapol kollektivi 24 yaşlı italiyalı oyunçu üçün 30 milyon avro ödəməyə hazırdır. Forvard özü də "Napoli"yə keçməyə razılıq verib. Hazırda tərəflər müqavilənin yekun detallarını müzakirə edirlər.
Qeyd edək ki, L.Lukka ötən mövsüm "Udineze"nin heyətində 36 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ciin yayında başa çatacaq.
Oxşar xəbərlər
"Napoli" "Mançester Siti"nin vingerini heyətinə qatmağı düşünür
"Napoli" Fransa klubunun hücumçusu ilə danışıq aparır
"Napoli" Portuqaliya klubunun futbolçusunu transfer edir
Gürcü futbolçu “PSJ”yə 75 milyona transfer ediləcək
"Napoli" braziliyalı futbolçunun keçidini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













